30.9.09

Video: Hyundai Equus Limousine avtomobilinin Cənubi Koreyada qiyməti 113,000 dollardan başlayır

Hyundai Equus Limousine
Hyundai daxili bazarda lüks sedan Equus modelinin uzun versiyasını istehsala buraxır.
Equus Limousine standart modeldən 30 sm uzundur və arxa outracaq sərnişinləri üçün əlavə ayaq yeri təqdim edir.

Equus Limousine 3.8 litr V6 və ya 5.0 litr həcmli V8 mühərrikləri ilə təchiz edilir və sonuncu da 394 at gücünə malikdir.

Sedandan fərqləndirmək üçün uzun versiya ortasında emblem olan eksklüziv üfüqi radiator barmaqlıqları ilə təchiz edilmişdir.

Əlavə üstünlüklərə avtomatik ayaqaltı və masaj sistemlərini aid etmək olar.

Daxili bazarda bu modelin əsas rəqibləri Lexus LS460L və Mercedes S500L-dir.

Equus Limousine üçün tələb olunan məbləğ Cənubi Koreyada 113.000 dollardan 122.180 dollaradək dəyişir. Hyundai avtomobilin ABŞ və Avropada da satılacağını hələ ki təsdiqləməyib.

Hyundai eyni zamanda bu modelin zirehli versiyasını da hazırlayıb və ilk 3 model Koreyada prezident sarayına təqdim edilib.

Materiallar: www.speedlux.com

Hyundai Equus LimousineHyundai Equus LimousineHyundai Equus LimousineHyundai Equus LimousineHyundai Equus LimousineHyundai Equus Limousine

No comments:

Post a Comment