2.10.09

Video: 2010 Aston Martin Rapide dünyanın müxtəlif yerlərində test zamanı

2010 Aston Martin Rapide

Aston Martin Rapide bir neçə həftə öncə Frankfurt Motor Show sərgisində debüt etdi.
Rapide markanın ilk 4 qapılı sedan idman avtomobilidir. O uzadılmış DB9 platforması üzərində hazırlanıb.

Əvvəlki postlarda şəkillər vermişdim, bu postda isə ilk rəsmi video ilə tanış ola bilərsiniz.

Bu promo video bizləri Nürburgring-dən tutmuş mənzərəli Britaniya Krallığı və İtaliyayadək dünyanın müxtəlif yerlərində sınaq çəkilişlərinə aparır.

Xatırlatma: Rapide DB9 modelinin inkişaf etdirilmiş 6.0 litr həcmli V12 mühhəriiki ilə hərəkətə gətirilir. Sürət qutusu 6-pilləli Touchtronic sistemidir. Gücü 470 at gücünə bərabərdir. 0-100 km/s sürəti 5.3 saniyəyə qət edir. Maksimal sürət isə təqribən 300 km/s-dır.

Materiallar: www.speedlux.com

No comments:

Post a Comment