Tesla Motors-dan sonra artıq superkarlar arasında elektrik versiyalarının da olması adi hala çevrilmək üzrədir.
Alman şirkəti olan e-Wolf GmbH e2 adlı elektrik superkarları haqqında məlumatları açıqlayıb.
e2 hər çarxda bir elektrik mühərriki olmaqla ümumi gücü 544 at gücünə bərabər olan bir idman avtomobildir.
Fırlanma anı heyrətamiz 1000 Nm-ə bərabərdir. Avtomobilin çəkisi 900 kq-dır və hündürlüyü 1.2 m-ə bərabərdir. Tam yüklənmiş akkumulyatorlarla 300 km məsafə qət etmək olar və yüklənmə prosesi 30 dəqiqə çəkir. maksimal sürət 250 km/s-a bərabərdir və 0-100 km/s sürət limiti 4 saniyə ərzində qət edilir.
e-Wolf istehsala 2011-ci ildə başlamaq niyyətindədir.
Materiallar: www.speedlux.com
No comments:
Post a Comment