14.9.09
Video: 2010 Mercedes-Benz SLS AMG: ilk rəsmi fotolar
Şpion şəkillərdən sonra ilk dəfə olaraq 2010 Mercedes-Benz SLS AMG-in rəsmi şəkilləri Frankfurt Motor Show sərgisinə bir həftə qalmış internetdə yayımlanıb.
Əfsanəvi 300SL Gullwing-dən ilhamlanaraq yaradılmış bu maşının 563 at güclü 6.3 litr həcmli V8 mühərriki vardır. Fırlanma anı 480 lb-ft-yə bərabərdir.
Mühərrikin gücü 7 pilləli iki muftalı sürət qutusa vasitəsilə arxa çarxlara ötürülür ki, bu da öz növbəsində superkarı 0-100 km/s sürətinə 3.8 saniyə ərzində çatdırır. Maksimal sürət 315 km/s-dır.
Kupe versiyadan əlavə olaraq kabriolet və elektrik versiyalar da hal-hazırda istehsal olunur.
Məlumat və şəkillər: www.speedlux.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment