14.9.09

Brabus E V12: Qara baron


E V12  - Qara Baron yeni Mercedes-Benz E-Class bazasında yaradılıb və 6.3 litr həcmli V12 turbo mühərrikə malikdir. 800 at gücü vardır və fırlanma anı 1100 Nm-dir (elektron məhdudlaşdırma).


Brabus eyni zamanda bütün bu nəhəng gücü kontrolda saxlamaq üçün bu maşına tarazlana bilən idman asqısı, yeni stabilizatorlar və güclü əyləc sistemi də əlavə edib.

0-100 km/s sürəti 3.7 saniyəyə qət edir, 0-200 km/s sürəti isə 9.9 saniyəyə qət edir. Maksimal sürət elektron məhdudlaşdırılaraq 350 km/s-a bərabərdir. Brabus iddia edir ki bu məhdudlaşdırıcı olmazsa superkarın sürəti 370 km/s-a çata bilər.

Bundan əlavə aerodinamikanı yaxşılaşdırmaq məqsədi ilə bir sıra modifikasiyalar da görülmüşdür. Bunlara yeni bamperlər, arxa spoyler və arxa təkər qapaqlarını və s. aiddir.

İstehsal cəmi 10 maşınla məhdudlaşdırılıb və hər birinin qiyməti 875,000 dollara bərabərdir.

Material və şəkillər: www.speedlux.com


No comments:

Post a Comment