14.9.09
Lamborghini Reventon Roadster: ilkin görüntülər
Lamborghini Reventon ilk debütünü iki il əvvəl Frankfurt Motor Show sərgisində etdi.
Bu ilki şouda isə Lamborghini bu füsunkar superkarın roadster variantını təqdim edəcək.
Bu maşının ilkin şəkilləri ilə burada tanış ola bilərsiniz. Kupe variantında yalnız 20 avtomobil istehsal olunacağı güman edilir.
Maşının ürəyi 6.5 litr həcmli V12 şəkilli 650-670 at gücünə malik mühərrikdir. Fırlanma anı 6 pilləli e-gear sürət qutusu vasitəsilə hər dörd şarxa ötürülür və bolid 0-100 km/s sürəti 3 saniyə ərzində yığır. Maksimal sürət 342 km/s civarındadır.
Qiymətlər 1.2 milyon avrodan (1.7 milyon dollar) başlayacaq.
Məlumat və şəkillər: www.speedlux.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment