4.10.09

Yeni 2010 Lotus Exige S240

2010 Lotus Exige S240
Lotus 2010-cu il modeli Exige S240 barədə detalları açıqlayıb.
2009-cu il YM modelindən əsas fərqlər yeni daha bpyük hava qəbulediciləri və aerodinamik ayırıcılardır.
Arxada ilk dəfə 2007-ci ildə Geneva Motor Show sərgisində göstərilmiş Exige GT3 konsept avtomobilində olduğu kimi quraşdırılmış yeni qanad vardır.

Bu yüngülçəkili idman avtomobilin ürəyi 1.8 litr həcmli, Lotus tərəfindən tyüninq edilmiş Toyota mənşəli mühırrikdir. Gücü 240 at gücünə bərabərdir və fırlanma anı dəqiqədə 8000 dövrdür. Bu çox da böyük göstərici deyil, lakin maşın yüngülçəkili olduğundan yerindən 0-100 km/s sürəti roket kimi 4.1 saniyəyə yığır.

2010 Lotus Exige S240 bu payız satışa çıxarılacaq və başlanğıc qıyməti 65,690 dollar olacaq.

Materiallar: www.speedlux.com
2010 Lotus Exige S2402010 Lotus Exige S2402010 Lotus Exige S2402010 Lotus Exige S2402010 Lotus Exige S2402010 Lotus Exige S240

No comments:

Post a Comment