4.10.09

Brabus SV 12 R – dünyada ən sürətli lüks sedan!

Brabus SV 12R
Brabus Frankfurt Motor Show sərgisində dünyanın ən sürətli və güclü lüks sedanını təqdim etdi: SV12 R Brabus.
Yeni dizayn versiyada təqdim olunmuş Mercedes S600 bazasında istehsal olunmuş bu avtomobil BRABUS SV12 R İkiqatturbo 750 V12 mühərriki ilə hərəkətə gətirilir və 750 at gücünə malikdir.

Bu lüks sedan bir çox idman avtomobillərini tozda qoya bilər, belə ki 0-100 km/s sürətlənmə cəmi 4 saniyə çəkir, 200 km/s sürəti isə 11.9 saniyəyə qət edir. Maksimal sürət isə 340 km/s həddində məhdudlaşdırılıb.

Bu nəhəng güc xüsusi hazırlanmış çarxlar, əyləc və asqı sistemi ilə kontrol altında saxlanılır.

SV 12 R notebuk kompüterlərindən tutmuş internet və TV də daxil olmaqla ən müasir musiqi sisteminədək əyləncə və rabitə sistemləri ilə təchiz edilib.

Materiallar: www.speedlux.com
Brabus SV 12RBrabus SV 12RBrabus SV 12RBrabus SV 12RBrabus SV 12RBrabus SV 12RBrabus SV 12RBrabus SV 12RBrabus SV 12RBrabus SV 12RBrabus SV 12RBrabus SV 12RBrabus SV 12RBrabus SV 12R

No comments:

Post a Comment