Mercedes SLS AMG ötən ay Frankfurt Motor Show sərgisində debüt etdi.
AMG versiyası 6.3 litrli V8 tip mühərriklə 571 at gücünə malikdir.
Sərgidə bu gözəl superkarı görə bilməyənlər artıq ona Mercedes-Benz muzeyində tamaşa edə bilərlər. Oktyabrın 16-dan bu avtomobil muzeydə sərgi olunmağa başlayacaq.
Dünən bu müasir Qağayı qanadlı superkar muzeyin damına qaldırıldı. Adi halda muzeyin damı ziyarətçilər üçün qapalı olur.
Bu əraziyə giriş 8-ci səviyyədə yerləşən Əfsanə otağı 1-dən keçir.
Məlumat üçün bildirim ki bu əfsanəvi maşın 0-100 km/s sürəti 3.8 saniyəyə qət edir və maksimal sürəti 317 km/s-dır.
Materiallar: www.speedlux.com
No comments:
Post a Comment