Mercedes yeni nəsil CLS modelini bir il ərzində test etdi.
Bu postda AMG versiyasının şpion şəkilləri ilə tanış ola bilərsiniz. Bu maşının 525 at gücündə 6.2 litr həcmli V8 tipli mühərriki vardır.
Prototip plastik gövdə panelləri ilə gizlədilsə də nəzərə çarpır ki bu əvvəlki modeldən çox elə fərqlənməyəcək.
Hal-hazırki birinci nəsil CLS 2004-cü ildə təqdim edilmişdi və bu modellə lüks maşınların yeni erası başlamışdı. Yeni nəsil modellə Mercedes Aston Martin Rapide, Audi A7 və Porsche Panamera modellərinə güclü bir rəqib yaratmaq fikrindədir.
Satışlara 2010-cu ilin sonlarında və ya 2011-ci ilin başlanğıcında başlanacağı planlaşdırılır. Baza modelləri çox güman ki 292 at güclü 3.5 litr həcmli V8 mühəriikləri ilə təchiz ediləcəklər. Bu pilləni 388 ag 5.5 l V8 və 231 ag 3.0 l V6 turbo mühərrikləri davam etdirəcəklər.
Materiallar: www.speedlux.com
No comments:
Post a Comment