Əgər siz playstation-da maşın yarışları oynamaq həvəskarısınızsa sizin üçün maraqlı məlumatım var.
Daimler bildirib ki 563 at güclü SLS AMG Gran Tursimo oyununun növbəti versiyasında olacaq.
Gran Turismo 5-də ilk dəfə maşınların vizual zədə almaları yer alacaq.
Bundan əlavə oyuna şəbəkə vasitəsilə eyni zamanda 16 oyunçu qatıla biləcək. Bəzi gəzən şayiələrə görə son versiyada dinamik dəyişən hava şəraiti və gecı yarışları da mövcud olacaq.
Gran Tursimo 5 oyunu 950 maşın və 20 müxtəlif yerləri özündə cəmləşdirəcək. Ən populyarı isə sözsüz ki Top Gear test yolu olacaq. Bu oyun 2010-cu ilin Mart ayında Yaponiyada satışa buraxılacaq.
Materiallar: www.speedlux.com
No comments:
Post a Comment