29.9.09
McLaren MP-12C: yeni Britaniya superkarının ilkin şəkilləri
Yeni Britaniya superkarı McLaren haqqında çox şayiələr eşitmişik və kifayət qədər şpion şəkilləri görmüşük.
İndi isə bu avtomobil haqqında ilkin məlumatları və şəkilləri nəzərinizə çatdırmaq istərdim.
Bu superkarın istehsalının inkişaf etdirilməsi ilk öncə P11 adı altında gedirdi, lakin sonralar MP-12C adlandırılmağa başladı.
Bütov maşın (mühərrik də daxil olmaqla) şirkət daxilində istehsal edilib. MP4-12C əsrarəngiz karbon lifli şassiyə malikdir ki bu da bu avtomobili öz rəqiblərindən - Ferrari 458 İtalia , Porsche 911 Turbo və Lamborghini Gallardo LP560-4 avtomobillərindən çəkidə yüngül edir.
Güc aqreqatı orta hissədə yerləşdirilmiş 3.8 litr həcmli V8 (ilk öncə McLaren AMG mühhərriki ilə təchiz olunmalı idi) mühərrikidir ki o da 600 at gücünə malikdir.
Fırlanma anı 7 pilləli Seamless Shift ikiqat muftalı ötürücülər qutusu vasitəsilə arxa çarxlara verilir. 0-100 km/s sürəti 3 saniyə civarında qət edilir və maksimal sürət saatda 200 milə (321 km/s) bərabərdir.
Gözlənilən qiymət isə təqribən 265,000 dollara bərabərdir, satış isə 2011-ci ildən başlayacaq. McLaren ildə 1000 avtomobil istehsal etməyi planlaşdırır. Qeyd edim ki MP-12C 90-cı illərin əfsanəvi F1 moedlinin davamçısı deyil.
Materiallar: www.speedlux.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment