Luc Chartrand tərəfindən yaradılmış Kanadalı bu superkar 6 il ərzində hazırlanmış və Frankfurt Motor Show sərgisində ilk debütünü etmişdir.
HTT Plethore LC 750-də ilk görəcəyiniz sürücü üçün qabaq ortada yerləşən oturacaq və əfsanəvi McLaren F1 avtomobilində olduğu kimi kəpənək tipli yan qapılardır.
Güc aqreqatı 6.2 litr həcmli V8 tipli mühərrikdir və 6 pilləli manual ötürücülər qutusuna birləşdirilib. Qəribə adından da göründüyü kimi 750 at gücündədir.
Karbon lifdən hazırlanmış şassiyə görə Kanadalı bu şedevr 1090 kq çəkiyə malikdir. Sürət göstəriciləri ilə bağlı bir məlumat yoxdur, lakin 0-100 km/s sürətini 3 saniyə ərzində yığması və maksimal sürətinin 321 km/s olması barədə məlumatlar var.
HTT-nin böyük planlaı var və 3 il ərzində 1300 at gücündə bir model buraxmaq əzmindədir. Plethore LC 750 üçün onlar artıq Avropadan 10 sifariş alıblar. Qiyməti isə təqribən 252000 avrodur.
Materiallar: www.speedlux.com
No comments:
Post a Comment