16.9.09

Koenigsegg CCXR Trevita – yalnız üç avtomobil istehsal olunacaq!



1018 ag Koenigsegg CCXR dünyanın ən nadir və ən sürətli avtomobillərindən biridir.
Maksimal sürət 400+km/s. 0-100 km/s sürətlənmə 3.1 saniyə ərzində.
Bu il Koenigsegg 10 CCXR modeli istehsal edəcək.
Bu məqalə isə CCXR Trevita adlanan xüsusi modeldən bəhs edir. İstehsal cəmi üç maşından ibarət olacaq və bu da koenigsegg tarixində ən nadir model sayılacaq. Trevita İsveç dilində qısaltma sözdür və mənası "üç ağ" deməkdir.
Unikal metoddan istifadə edərək şirkət karbon liflərini brilliantlarla bəzədə bilib. Bu texnika şirkətin baş qərargahında kəşf edilmiş və inkişaf etdirilmişdir.
Günəş işıqları maşının səthində oynayaraq gözqamaşdırıcı effekt yaradır.

Bəs qiyməti nə qədərdir? Çatdırılma və gömrük xərcləri xaric 2200000 dollar! Bu avtomobil Frankfurt Motor Show sərgisində göstərilməyəcək, çünki Koenigsegg yalnız Geneva Motor Show sərgisində çıxış edir.
Müqayisə üçün adi CCXR-in qiyməti 1200000 dollardır.

Material və şəkillər: www.speedlux.com

No comments:

Post a Comment