16.9.09
Video: Bugatti 16 C Galibier Concept – ilkin rəsmi şəkillər və məlumat
Buggati yeni 16 C Galibier concept modelini təqdim edir.
Bugatti-yə görə bu dünyada ən eksklüziv, cazibədar və güclü 4 qapılı sedan olacaq.
Güc mənbəyi 16 silindr, 8 litr həcmli iki mərhələli supergücləndirilmiş mühərrikdir və o 800-1000 at gücünə malikdir.
Mühərrik benzinlə yanaşı etanolla da işləyə bilir. Veyrondan fərqli olaraq mühərrik avtomobilin ön hissəsində quraşdırılıb.
Arxa tərəfdə 4 səsboğucu boruları və LED işıqlar görmək olar. Maşınını gövdəsi əllə hazırlanmış karbon liflərdən ibarətdir və tünd mavi rəngə boyanıb. Qapılar cilalanmış aluminiumdan hazırlanıb.
Texniki göstəricilər barədə tam məlumat olmasa da məlumdur ki maksimal sürət 350 km/s civarındadır və 0-100 km/s sürəti 3.5 saniyə ərzində qət edilir.
Bu supersedan 2012-ci ildən satışa buraxılacaq və hər birinin təqribi qiyməti 1500000 dollar olacaq.
Məlumat və şəkillər: www.speedlux.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment