10.9.09

Video: Audi R8 Spider şəkilləri internetdə



Çoxdan gözlənilən Audi R8 Spiderin şəkilləri nəhayət ki internetə sıza bilib.
Gələn həftə Frankfurt Motor Show sərgisində rəsmi olaraq təqdim olunacaq bu avtomobilin şəkilləri artıq internetdə yayılıb. İlkin məlumatların əksinə olaraq yeni Audi R8 Spider açılan targa panellə deyil onun əvəzinə standart yığılıb-açılan dam örtüyü ilə təchiz edilib.

Modelin dizayn dəyişiklikləri içərisində arxa mühərrik örtüyünün qoşa donqar şəklində işlənilməsini göstərmək olar.

Texniki göstəricilər hələ ki təsdiqlənməyib, lakin bildirildiyinə görə Spider 5.2 litr həcmli V10 mühərriki ilə təchiz olunacaq və bu da öz növbəsində 525 at gücü və 530 Nm dartı qüvvəsinə malik olacaq.

Məlumat: carscoop.blogspot.comwww.speedlux.com

No comments:

Post a Comment