10.9.09
Alfa Romeo: 170 ag 1.4 litr turbo mühərrikli MiTo Quadrifoglio Verde modeli
Alfa Romeonun 240 ag MiTo GTA konseptini Frankfurt avtomobil sərgisində üzə çıxaracağı xəbərləri boşa çıxdı. Belə ki italyanlar Quadrifoglio Verde modeli timsalında daha az istiotlu maşın ilə start götürmək qərarına gəldilər. MiTo Alfanın inqilabi yeni 1.4 litr həcmli MultiAir turbo mühərriki ilə hərəkətə gəlir və 170 at gücünə malikdir. Bu da öz növbəsində 1.4L TBi modelindən 15 at qədər daha güclüdür.
Fırlanma anı yeni inkişaf etdirilmiş C635 altı pilləli sürət qutusu ilə ön təkərlərə ötürülür.
İdarəetməni daha da yaxşılaşdırmaq məqsədi ilə Alfa Romeo Magneti Marelli ilə birgə Dynamic Suspension sistemini təkmilləşdirib.
İdmansayağı Alfa vizual dəyişikliklər olmadan tamamlanmamış hesab edildiyindən italyanlar Quadrifoglio Verdedə 17 düym yüngül lehimli disklər quraşdırmışlar.
Məlumat: carscoop.blogspot.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment