Toyota Frankfurt Motor Show sərgisində FT-86 adlı yeni konsept modelini təqdim etdi.
Əfsanəvi AE86 Corolla Coupe tərəfindən ilhamlanan bu maşın eyni ölçülərə malikdir: yüngül çəki, arxa çəkici çarxlar və idman stilli idarəetmə.
FT-86 Concept Toyotanın Fransada yerləşən ED2 studiyası tərəfindən dizayn olunub. Güc aqreqatı 2.0 litr həcmli Subaru Boxer mühərrikidir ki o da idarəetməni asanlaşdırmaq üçün arxada yerləşdirilib.
İstehsal gələn ilə planlaşdırılıb. Satışlar isə 2011-ci ilin ortalarına planlaşdırılıb və qiyməti 20,000 dollardan bir az çox olacaq.
Materiallar: www.speedlux.com
No comments:
Post a Comment