Həftə ərzində Kopenhagen sakinləri yeni nəsil Volvo S60 prototipini çox güman ki şəhərdə gördülər.
Adətən avtomobil istehsalçıları yeni modellərin sınağı üçün insanların çox olduğu yerlərdən uzaq məkanları seçirlər. Buna görə də Volvonun belə bir böyük şəhəri seçməsi təəccüb doğurmaya bilməz.
Amma məsələ bundadır ki Volvonun inkişaf etdirdiyi bu yeni sistem insanlardan təcrid olunmuş bir yerdə sınağa çəkilə bilməz. Söhbət avtomobil qarşısında qəfil piyada peyda olduğu zaman əyləcin avtomatik basılması sistemindən gedir. Bu sistem sürücü vaxtında reaksiya verməzsə bədbəxt halın qarşısını almaq üçün ani olaraq işə düşür. Ümid edək ki Volvo bu sistemi real insanlar üzərində sınaqdan keçirməyib.
Bu yeni texnologiya 2010-cu ilin əvvəllərində yeni Volvo S60 modelində təqdim ediləcək və satışlar 2010-cu ilin ortalarından başlayacaq.
Materiallar: www.speedlux.com
No comments:
Post a Comment