6.10.09
SV 9 Competizione – İlk şəkillər
Corvette C6 bazasında istehsal olunmuş SV 9 Competizione superkarının şəkillərini sizə təqdim edirəm.
Bu superkarın gövdəsi tam unikal karbon lif materialdan hazırlanmışdır.
Daxildə karbon liflə möhkəmləndirilmiş idman oturacaqları, əllə tikilmiş İtalyan dərisi (Mario Levi SpA tərəfindən - Ferrarinin əməkdaşlıq etdiyi şirkət) və digər yüksək keyfiyyətli materiallara rast gəlmək olar.
bu avtomobil standart Corvette C6-dan 132 funt yüngüldür. LS3 mühərrikinin gücü 436 at gücündən 450 at gücünədək qaldırılmışdır. 0-100 km/s sürət limiti 4.0 saniyə ərzində qət edilir.
SV 9 Competizione 99,995 dollara satılır və istehsal 1000 avtomobillə məhdudlaşacaq və bu da onu Corvette ilə müqayisədə çoc nadir maşınlardan edir.
Materiallar: www.speedlux.com
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment