2.10.09

2012 BMW M1 dizayn şəkilləri – Vision EfficientDynamics Concept bazasında


BMW M1 Rendering

Şayiələr gəzir ki BMW M1 model sırasını yenidən dirçəltməklə hibrid idman avtomobilləri seriyası istehsal etmək istəyir.
Bu modellər yenicə ictimaiyyətə təqdim edilmiş VisionEfficientDynamics Concept modeli bazasında hazırlanacaq.

Yeni model M1-lər tam performans və keyfiyyət timsalı olacaqlar. Güc aqreqatı 1.5 litr həcmli 3 silindrli turbodizel mühərriki və onun birləşmiş olduğu bir cüt elektromühərriklərdən ibarət olacaq.

356 at gücündə olacaq bu modellər 0-100 km/s sürət həddini 4.8 saniyəyə qət edəcəklər, maksimal sürət isə elektronik olaraq 250 km/s limitində məhdudlaşdırılacaq.
Performans göstəriciləri təsiredici deyillərsə, yanacaq sərfi sözsüz ki təsiredici olacaq. Orta yanacaq sərfiyyat 100 km-ə cəmi 3.76 litr təşkil edəcək.

Materiallar: www.speedlux.com

BMW M1 RenderingBMW M1 Rendering

No comments:

Post a Comment