Lee Iacocca Ford Mustang-ı yaradan insandır.
Iacocca Silver 45th Anniversary Edition Mustang istehsalın 45-ci ildönümü münasibətilə hazırlanıb və yalnız 45 sayda buraxılacaq.
Qiymət 89.950 dollardan başlayacaq və bu da avtomobili bazardakı ən bahalı Mustang edıcık.
Bütün avtomobillər Galpin Ford vasitəsilə satılacaq.
Bu xüsusi buraxılış üçün iki tip mühərrik təklif olunub. Birincisi 4.6 litr həcmli V8 şəkilli 300 at güclü Ford mühərrikidir. İkincisi isə həmin mühərrikin 400 at güclü gücləndirilmiş versiyasıdır. Hər iki mühərrik 5 pilləli manual sürət qutusuna qoşulur.
Material və şəkillər: www.fastestcar.com
No comments:
Post a Comment