Yeni nəsil 5-Seriya 2010-cu ilin birinci rübündə təqdim olunacaq.
Ən çox gözlənilən isə yeni nəsil M5-dir. Bu dəfə bu populyar avtomobil məşhur Nürburgring-də gözə görünüb.
Bu super-salon çox güman ki X6 modelində quraşdırılmış 4.4 litr həcmli ikiqat-turbo mühərriki ilə təchiz olunacaq və təqribən 550 at gücünə malik olacaq.
Bu yeni modelin əvvəlkindən 10 mm uzun olacağına baxmayaraq yüngül çəkili materiallardan istifadə edildiyinə görə çəkisi dəyişməz olaraq qalacaq. Daha ətraflı tezliklə.
Materiallar: www.speedlux.com
No comments:
Post a Comment